...

Bakıda qaz verilməsi dayandırılan abunəçilərin borcu 245 min manatdan çoxdur

Energetika Materials 4 İyul 2007 15:02 (UTC +04:00)

Azerbaydjan, Baku / Trend / Hazırda borc üzündən qaz verilməsi dayandırılan Bakı abunəçilərinin sayı 961 nəfərdir. Bu barədə "Azəriqaz" QSC-dən məlumat veriblər.

Yasamal rayonunda 318 abunəçi qazdan məhrum edilib. Onların ümumi borcu 111 min 266,3 manat təşkil edir. Müvafiq olaraq Qaradağ rayonunda 120 abunəçi (borc 27 min 517,4 manat), Nərimanov rayonunda - 48 abunəçi (borc 6 min 402,4 manat), Suraxanı rayonunda 256 abunəçi (borc 90 min 628,5 manat), Nizami rayonunda 9 abunəçi (borc 3 min 576 manat), Sabunçu rayonunda 30 abunəçi (borc 6 min 517,4 manat), Xətai rayonunda 180 abunəçi (borc 26 min 298 manat) qazsız qalıb.

Xəbər lenti

Xəbər lenti