...

Azərbaycan Gürcüstana maye qazın ixracını bərpa etməyə hazırlaşır

Energetika Materials 26 İyul 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S. Əliyev/ Bakı neft emalı zavodunda kataliz krekinqi qurğusunun növbədənkənar təmirinin başa çatması maye qazın istehsalını bərpa etməyə imkan yaradıb.

"İstehsal olunan qaz respublikanın daxili tələbatını ödədikdən sonra onun qalan hissəsi Gürcüstana ixrac olunacaq" - deyə cümə axşamı Azərbaycan Dövlət Neft Şirkətindən bildiriblər.

Maye qazın Gürrcüstana icracı iyulda dayandırılıb. Buna baxmayaraq benzinin ixracı davam edir.

Gürcüstana maye qazın nəqli ARDNŞ və "SOSAR Energy Georgia" birgə müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilir, bu şirkətdə ARDNŞ-ın iştirak payı 51%-dir.

"SOSAR Energy Georgia" Gürcüstan bazarının 50-55%-ni əhtə edir.

Hər ay təxminən 15-16 min ton benzin daşınır. Şirkət Gürcüstanı tam olaraq maye qazla təmin edir, bu, təxminən 1,5-1,6 min ton deməkdir.

Gələn ilin sonlarına qədər Gürcüstan ərazisində 30-dan az olmayaraq yanacaqdodurma məntəqəsi almaq və ya tikmək planlaşdırılır. İlin sonuna qədər dörd yanacaqdoldurma məntəqəsi tikiləcək.

Yaxın zamanlarda şirkət bütün Gürcüstan ərazisini əhatə edəcək 15 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkə almaq niyyətindədir.

İnvestisiyaların ümumi həcmi 50 mln. dollar həcmində proqnozlaşdırılır. Şirkət həmçinin Gürcüstanda həcmi 20 min kubmetr olan neft bazası tikmək niyyətindədir.

Kataliz krekinqi qurğusunun işinin dayandırılması neftin birbaşa olaraq ixraca verilməsinə gətirib çıxarıb. İyul ayında ARDNŞ Bakı- Novorossiysk kəməri vasitəsilə neft ixracını 164 min ton olmaqla iki dəfə artıracaq. Neftin əlavə həcmi iyul ayında tender zamanı ARDNŞ-dan 84 min ton neft alan İsrailin "Oil Refineries LTD" şirkəti tərəfindən təqdim olunacaq. Neftin birbaşa olaraq ixrac olunması Bakı neft emalı zavodunda kataliz krekinqi qurğusunda emal olunan mazutun istehsalının azalması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti