...

Rusiya Azərbaycanla milli valyutalarda bank əməkdaşlığını genişləndirmək niyyətindədir - Səfir

Maliyyə Materials 30 Mart 2022 12:29 (UTC +04:00)
Rusiya Azərbaycanla milli valyutalarda bank əməkdaşlığını genişləndirmək niyyətindədir - Səfir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycanla milli valyutalarda bank əməkdaşlığını genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

"Ödənişlərlə bağlı çətinliklər rublun məzənnəsinin dəyişməsi ilə əlaqədardır. 22 fevral tarixli bəyannaməyə uyğun olaraq biz milli valyutalarda bank əməkdaşlığını genişləndirməyi planlaşdırırıq. Bu, həmin problemin həllinə kömək edəcək. Artıq bu istiqamətdə müsbət addımlar var", - səfir deyib.

M.Boçarnikov xatırladıb ki, bu ilin martında Rusiya gömrük xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub və bu səfər zamanı xarici iqtisadi fəaliyyət iştirakçıları üçün kömrük dəhlizinin sadələşdirilməsi üzrə pilot layihə təqdim olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti