...

ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir - Ceffri Payet

Yaşıl iqtisadiyyat Materials 28 Mart 2024 12:59 (UTC +04:00)
ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir - Ceffri Payet
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Ceffri Payet deyib.

"Hyustonda energetika nazirinin müavini ilə çox yaxşı danışıqlarımız oldu. Həmçinin, bir neçə həftə əvvəl energetika naziri özü burada, Vaşinqtonda olanda əla müzakirələrimiz keçdi. ABŞ tərəfindən Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəklədiyini vurğuladım. İnanıram ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərlə ABŞ-nin növbəti COP-da, daha sonra 2025-ci ildə Braziliyada əldə etməyi nəzərdə tutduğu hədəflər arasında yüksək dərəcədə uyğunluq var", - o deyib.

Payet ABŞ-nin BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28 gündəliyinin davamı üçün hazırladığı "Troika" mexanizmini dəstəklədiyini vurğulayıb

"Mən enerji sistemimizin ekologiyalaşdırılması ilə əlaqədar məsələlərə fokuslanmışam və dünyanın istifadəsinə davam etmək niyyətində olduğu qazıntı yanacağının iqlim üçün daha az zərərli üsulla hasil olunmasının təmin olunması üzərində çalışıram, bu isə metan tullantıları ilə mübarizə səylərimizin davamı deməkdir - biz Prezident İlham Əliyevin Azərbacanın "Qlobal Metan Vədi"nə sadiqliyi barədə bəyanatını çox dəstəkləyirik və bu yaxınlarda regionda Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi "Qlobal Metan Vədi"ni imzalamış ölkələrdən daxil olan metan və səmt qazının daha çox hasilatı üçün imkanları araşdırmaq məqsədilə hazırda Xəzər dənizində aktiv fəaliyyət göstərən bp, "Chevron" və "ExxonMobile" kimi şirkətlərlə çalışırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti