...

COP29-un Bakıda keçirilməsi Azərbaycanın DİM-ə sadiqliyinin göstəricisidir - Daovy Vongxay

Yaşıl iqtisadiyyat Materials 7 May 2024 11:39 (UTC +04:00)
COP29-un Bakıda keçirilməsi Azərbaycanın DİM-ə sadiqliyinin göstəricisidir - Daovy Vongxay
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu tədbirə dəvətə görə Azərbaycan hökumətinə təşəkkür edirəm.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Laos Xarici İşlər Nazirliyinin Beynəlxalq Tkilatlar Departamentinin Baş direktoru Daovy Vongxay deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına yüksək diqqət yetirilir.

“COP29-un Bakıda keçirilməsi də Azərbaycanın DİM-ə sadiqliyinin göstəricisidir.

Biz eşitdik ki, Azərbaycanın təklifi ondan ibarətdir ki, minalardan təmizlənmə BMT-nin Dayanıqlı İnişaf Məsələlərinin 18-ci müddəası olsun. Biz Azərbaycanın bu təklifini dəstəkləyirik. Hazırda mina problemi dünyada ciddi problemlərdən biridir”, - deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Xəbər lenti

Xəbər lenti