...

Məktəblərdə COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər gedir - Nazir

Yaşıl iqtisadiyyat Materials 27 May 2024 11:06 (UTC +04:00)
Məktəblərdə COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər gedir - Nazir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan məktəblərində COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər gedir.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.

E.Əmrullayev bildirib ki, Azərbaycanda keçiriləcək COP-29 çərçivəsində görəcəyimiz təşəbbüsdən biri kimi tarixə düşəcək, uzunmüddətli vədədə nəticələri görmək mümkün olacaq.

O vurğulayıb ki, "yaşıl" təhsil və ya "yaşıl" transformasiya prosesi özlüyündə yenidir.

"Hazırda dünya bütün təhsil pillələri üzrə prosesin düzgün ölçülməsi və hədəflərin düzgün qoyulması istiqamətində iş davam edir".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, həmçinin, digər dövlət rəsmiləri, millət vəkilləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti