...

SP CATEL Naxtel şirkəti ilə danışıqlar aparır

Telekommunikasiya Materials 22 Oktyabr 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ CATEL Azərbaycan-Amerika birgə müəssisəsi CDMA standartı üzrə rabitə şəbəkəsini Naxçıvan Muxtar Respublikası ərazisində də genişləçndirmək niyyətindədir.

BM-in texniki direktoru Vüqar Haqverdiyevin bazar ertəsi verdiyi məlumata görə, CATEL Muxtar Respublikada CDMA standartı üzrə rabitə operatoru olan Naxtel şirkəti ilə danışıqlar aparır.

Catel-in texniki direktoru danışıqların konkret başa çatma müddətini söyləməkdə çətinlik çəkib.

Azərbaycanın ilk CDMA operatoru CATEL BM-in 14 min abunəçisi var.

Şirkət 1997-ci ildə yaradılıb. CATEL "FH-CDMA" standartı üzrə naqilsiz rabitə xidməti, həmçinin, "3G CDMA" standartı üzrə mobil rabitə xidməti göstərir.

2004-cü ildən ACTEL Azərbaycanda ilk dəfə olaraq Çinin "Huawei" şirkətinin bazası əsasında üçüncü nəsil mobil rabitə texnologiyası - "CDMA 2000 1x" tətbiq etməyə başlayıb.Catel BM CDMA2000 standartı üzrə mobil rabitə xidməti üzrə fəaliyyət göstərmək üçün 2006-cı ilin əvvəlində lisenziya alıb.

CDMA 2000 standartı üzrə mobil rabitə xidməti göstərən Azərbaycan - Amerika Birgə Müəssisəsi Catel aprel ayından yeni ticarət nişanı FONEX-i təqdim edib.

Naxtel 2006-cı ildə NMR-də tətbiq olunan nisbətən yeni CDMA sistemidir. Sistem texniki cəhətdən 10 minə qədər abunəşiyə xidmət edə bilər.

Xəbər lenti

Xəbər lenti