...

Azercell Azərbaycanın regionunda yeni stansiyanı istismara verib

Telekommunikasiya Materials 26 Dekabr 2008 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru - Azercell Telecom MMC əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Qusarda yeni radio-baza stansiyasını istifadəyə verib.

Xaçmaz rayonunda  da yeni Azercell Ekspres ofisinin açılış mərasimi olub. Şirkətin məlumatında bildirilir ki, Qusarın ucqar dağ kəndi olan Əniğdə istifadəyə verilən sayca 1500-cü stansiyanın açılış mərasimində "Azercell Telekom" MMC-nin prezidenti A.Halim Ateş, vitse-prezidenti Ali Ağan, şirkətin məsul əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Halim Ateşin sözlərinə görə, yeni stansiya həm Azercell-in əhatə dairəsini genişləndirmək, həm də ölkə rəhbərliyinin həyata keçirdiyi regionların inkişafı proqramına dəstək baxımından olduqca önəmlidir.

"Bəlkə başqaları üçün bu, sadəcə, dağın başında qurulmuş sadə bir stansiyanın açılışı təsiri bağışlayır. Amma bu gün şirkətimizin hər bir üzvü bunun həyəcanını yaşayır. Bu da bizim bu işi necə sevərək gördüyümüzün sübutudur. İstəyirik ki, gördüyümüz işə görə Azərbaycan da bizimlə qürur duysun.", - Azercell-in prezidenti bildirib.

Azercell şirkəti tək Azərbaycanda deyil, bütün regionda one stop shopping adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir. Şirkət bundan sonra da regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir. Hövbəti belə ofislərin Qəbələ, Şəki, Zaqatala, Sumqayıt, Gəncə və digər bölgələrdə açılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti