...

Azərbaycan dilində Windows 7 və Microsoft Office 2010-un lokallaşdırılmasına başlanılıb

Telekommunikasiya Materials 27 İyul 2009 15:45 (UTC +04:00)
SİNAM şirkəti və Microsoft korporasiyasının Azərbaycan nümayəndəliyi Microsoft Windows 7 əməliyyat sistemi (ƏS) və Microsoft Office 2010 ofis əlavəsinin lokallaşdırılması üzrə birgə layihənin reallaşdırılmasına başlayıblar.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir H.Vəliyev /

SİNAM şirkəti və Microsoft korporasiyasının Azərbaycan nümayəndəliyi Microsoft Windows 7 əməliyyat sistemi (ƏS) və Microsoft Office 2010 ofis əlavəsinin lokallaşdırılması üzrə birgə layihənin reallaşdırılmasına başlayıblar. Bu barədə Trend -a SİNAM şirkətinin biznesin inkişafı üzrə direktoru İslam Əhmədov məlumat verib.

Əhmədovun sözlərinə görə, hazırda Microsoft-la bu sahədə əməkdaşlığın detalları müəyyənləşdirilir. Sistemin lokallaşdırılması "mui-fayl"ın Azərbaycan dilində işlənməsini nəzərdə tutur.

"Mui-fayl"lar /Windows/System32 qovluğunda yerləşən əməliyyat sistemi interfeysini lokallaşdırma fayllarıdır.

Bir müddət əvvəl SİNAM şirkəti tərəfindən Windows Vista ƏS və Microsoft Office 2007 ofis paketi də lokallaşdırılmışdı. Lokallaşdırma layihəsi iki hissədən təşkil olunub: qlossariya yaradılmasını nəzərdə tutan lokallaşmanın təşkili və onun ictimai müzakirəyə çıxarılması. Qlossariyanın işlənməsinə Microsoft, SİNAM-ın ekspertləri ilə yanaşı linqvistlər, dövlət müəssisələrinin və ictimaiyyətin əməkdaşları da cəlb olunublar. Əhmədovun sözlərinə görə, hazırkı detalları Microsoft məhsullarının yeni versiyalarının sonrakı lokallaşdırılmasından ötrü müzakirə etmək lazımdır.

Windows 7-nin tam versiyası bu ilin oktyabrında, Office 2010 isə 2010-cu ilin birinci yarısında gətiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti