...

BMT-nin Azərbaycandakı nümayəndəliyi kompüter avadanlıqlarının alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 8 Dekabr 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) potensialının gücləndirilməsi layihəsi çərçivəsində BMT-nin inkişaf proqramı kompüter və IT avadanlıqlarının alınması üzrə tender elan edib.

İştirakçıların təklifləri dekabrın 15-i saat 16:00-a qədər BMT-nin Azərbaycandakı nümayəndəliyində qəbul olunur.

Həmçinin DSMF üçün şəbəkə avadanlıqlarının quraşdırılması üzrə fondun Binəqədi, Qaradağ, Kürdəmir, Laçın, Göyçay, Nizami, Füzuli, İmişli, Şəmkir şöbələrində tender keçirilir. Tenderdə iştirak etmək istəyənlər təkliflərini dekabrın 21-i saat 13:00-a qədər BMT-nin Azərbaycandakı nümayəndəliyinə təqdim etməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti