...

Azərbaycan dövlət rabitə operatoru elektron ATS-lərin əhatə dairəsini genişləndirir

Telekommunikasiya Materials 29 Mart 2010 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" istehsalat birliyi regional səviyyədə elektron ATS-lərin əhatə dairəsini genişləndirir. Bu barədə idarənin məlumatında deyilir.

Nazirliyin məlumatına əsasən, operator tərəfindən Xaçmaz, Bərdə, Goranboy, İmişli və Şəki rayonlarının yaşayış məntəqələrində yerləşdirilən bir sıra ATS-lərin elektronlaşması həyata keçirilib və bu, şəbəkənin iki min vahiddən çox nömrə tutumunun artırılmasına səbəb olub.

Bu gün respublika üzrə rəqəmsal ATS-lərin xüsusi çəkisi 84,9 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti