...

Azərbaycanın dövlət rabitə operatoru magistral rabitə xətləri üzərində nəzarəti gücləndirir

Telekommunikasiya Materials 17 İyul 2010 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işlərin aparılmasını qadağan edir. Bu barədə nazirliyin məlumatında deyilir.

Qərar qəza vəziyyətlərinin qarşısını alınması üçün qəbul edilib və həm hüquqi, həm də fiziki şəxslərə aiddir.

Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə Aztelekom magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır. Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Yazılı müraciətlər Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində qəbul edilir.

Xəbər lenti

Xəbər lenti