...

İƏT ölkələri Bakıda enerji və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edirlər

Telekommunikasiya Materials 25 Noyabr 2011 12:37 (UTC +04:00)
İƏT ölkələri Bakıda enerji və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edirlər
İƏT ölkələri Bakıda enerji və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 25 noyabr / Trend, müxbir H.Vəliyev /

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) elmi-texniki əməkdaşlıq üzrə İcraiyyə Komitəsi (COMSTECH) energetika, ekologiya və ərzaq təhlükəsizliyi sahələrində iştirakçı ölkələrin problemlərinin həlli üzrə əlaqələndirmənin və əməkdaşlığın təmin olunması məsələlərini nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Bu gün Bakıda COMSTECH-in 29-cu iclası öz işinə başlayıb.
Nazirin sözlərinə görə, COMSTECH-in İcraiyyə Komitəsi tərəfindən artıq bir neçə ildir həyata keçirilən onillik proqram hazırlanıb.

"COMSTECH-in iştirakçısı olan ölkələr elm və texnologiyalar sahəsində böyük uğurlar əldə ediblər və onlar bu istiqamətləri inkişaf etdiririlər. Lakin bir qrup ölkələr var ki, onlar bu məsələdə geri qalırlar. Ona görə də onlara kömək etmək lazımdır. Eləcə də onların birgə layihələrdə iştirakı vacibdir. Bu gün mühüm istiqamətlərdən biri dinc məqsədlər üçün nüvə tədqiqatalrı, enerji və ərzaq problemlərinin həlli, eləcə də biotexnologiyalarla bağlı proqramın reallaşdırılmasıdır. Bütün bu məsələlərə COMSTECH-in Bakıda keçirilən iclası çərçivəsində toxunulacaq", - Abbasov deyib.

COMSTECH-in İcraiyyə Komitəsinin 27-ci iclası Azərbaycanın alternativ enerji mənbələri sahəsində islam ölkələrinin fəaliyyətinin əlaqələndiricisi seçilməsi barədə qərar qəbul edib. Bu, Azərbaycanın son illər ərzində gördüyü işlərin nəzərə alınması nəticəsində mümkün olub.

Xəbər lenti

Xəbər lenti