...

Azərbaycan Dövlət Statistika Komitəsi elektron xidmətlərin gəstərilməsinə başlayıb

Telekommunikasiya Materials 8 İyun 2012 14:18 (UTC +04:00)
Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) elektron xidmətlərin göstərilməsinə başlayıb.
Azərbaycan Dövlət Statistika Komitəsi elektron xidmətlərin gəstərilməsinə başlayıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) elektron xidmətlərin göstərilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü DSK-nın Məlumatların yayılması şöbəsinin müdiri Meri Əmirova geoinformasiya sistemlərinin istifadəsi ilə statistik məlumatların əldə edilməsi üzrə interaktiv sistemin təqdimatında bildirib.

İşlər Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli "Dövlət müəssisələrində elektron xidmətlərin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına əsasən aparılır.

DSK tərəfindən göstərilən hər bir elektron xidmət üzrə reqlament Azərbaycan Rabitə və İnformasiya Texnologiyları Nazirliyində təsdiq edilib.

Hazırda komitə tərəfindən göstərilən elektron xidmətlərin ümumi sayı 7 ədəd təşkil edir. Xidmətlərdən komitənin rəsmi saytında istifadə etmək olar.

"Elektron xidmətlərdən yararlanan istifadəçilər uzaqdan komissiyaya müraciət edə və onları maraqlandıran suallara cavab verə bilərlər. Həmçinin saytın köməyi ilə komitə tərəfindən dərc edilən aylıq statistik məlumatları əldə etmək imkanı yaranır. Ödəniş onlayn-rejimdə həyata keçirilir", - Əmirova qeyd edib.

Xidmət "Elektron hökumət" portalına (ehdis.az) inteqrasiya edilib.

Xəbər lenti

Xəbər lenti