...

ULTRA şirkəti “Data Center Design Awereness” sertifikatını alıb

Telekommunikasiya Materials 23 Avqust 2012 13:34 (UTC +04:00)
Bu ay Ukraynanın Kiyev şəhərində "Məlumat Mərkəzinin layihələndirilməsinin konseptual əsasları" mövzusunda təlim keçirilib.
ULTRA şirkəti “Data Center Design Awereness” sertifikatını alıb

Azərbaycan, Bakı, 23 avqust / Trend/

Bu ay Ukraynanın Kiyev şəhərində "Məlumat Mərkəzinin layihələndirilməsinin konseptual əsasları" mövzusunda təlim keçirilib. Trend-in məlumatına görə, bu barədə ULTRA şirkətinin cümə axşamı yaydığı məlumatda deyilir. Bu təlim (Career Progression Framework) Beynəlxalq İnkişaf proqramı çərçivəsində ilk baza kursudur ki, o, 2011-ci ildən Britaniya şirkəti olan "DC Professional Development" tərəfindən məlumatların emalı mərkəzləri (MEM) sənayesi ilə məşğul olan dünya cəmiyyəti mütəxəssislərinə təqdim edilib. Təlimdə MDB dövlətləri - Rusiya, Belarus, Ukrayna və Qazaxıstanın aparıcı İT şirkətlərinin nümayəndələri iştirak etdilər. Bu təlimdə Cənubi Qafqazdan Azərbaycanı ULTRA şirkəti təmsil edib.

Bu təlim qabaqcıl dünya təcrübəsi üzrə MEM-nin layihələndirilməsi, yaradılması, optimizasiyası və idarəedilməsinə əsaslanıb. Təlim ABŞ və Avropanın əsas beynəlxalq standartlarına, o cümlədən BICSI 002 2010 Data Center Design and Implementation Best Practices uyğundur və istehsalçıdan asılı olmayaraq məlumatları birləşdirir. Təlimdə dinləyicilər MEM-nin layihəsini təşkil edən qarşılıqlı əlaqələr kimi müasir mühəndis həlləri ilə tanış oldular. Bunlar elektrik təchizatı, soyutma və havalandırma sistemləri, elektrik effektivliyi və idarəçiliyin əsaslarıdır. Keçirilmiş materialların daha yaxşı mənimsənilməsi üçün təlimin böyük bir hissəsi praktik məşğələlərə həsr olundu.

Təlimin bitməsi üzrə sınaq imtahanları keçirildi və imtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olundu. Xüsusilə qeyd etmək istərdik ki, ULTRA şirkətinin əməkdaşı Mehman Zülfüqarlı hal-hazırda Cənubi Qafqazda "Data Center Design Awereness" sertifikatına malik olan yeganə mütəxəssisdir.

Xəbər lenti

Xəbər lenti