...

Azərbaycan və Belarus rabitənin tənzimlənməsi sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar

Telekommunikasiya Materials 24 Aprel 2013 20:12 (UTC +04:00)
Azərbaycan və Belarus "Beltelekom" milli operatoru (Belarus) və "Aztelekom" İstehsalat Birliyi (İB) arasında rabitənin tənzimlənməsi sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.
Azərbaycan və Belarus rabitənin tənzimlənməsi sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan və Belarus "Beltelekom" milli operatoru (Belarus) və "Aztelekom" İstehsalat Birliyi (İB) arasında rabitənin tənzimlənməsi sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar. Bu barədə Trend çərşənbə günü BELTA-ya istinadən məlumat verir.

Sənəd aprelin 24-də Minskdə keçirilən Belarus-Azərbaycan biznes forumu zamanı imzalanıb.

Əməkdaşlıq memorandumun imzalanması iki ölkə arasında trafik mübadiləsi üçün birbaşa kanal təşkil etməyə imkan verəcək. Milli elektron rabitə operatorları trafikin Belarusdan Azərbaycana və əks istiqamətə çatdırılması zamanı xərcləri azaltmaq imkanı əldə edəcəklər.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov biznes forumda deyib ki, iki ölkə informasiya xidmətlərinin göstərilməsi üzrə müəyyən potensiala malikdir və trafik mübadiləsi zamanı xərcləri azaltmaq üçün milli operatorlar vasitəçilərdən yan keçməklə birbaşa işləməyə üstünlük verirlər.

"Azərbaycan Asiyanın girişində, Belarus isə Avropanın mərkəzində yerləşir, buna görə də belə əməkdaşlığın geniş perspektivləri var", - Abbasov qeyd edib.

Belarusun rabitə və informasiya texnologiyaları naziri Nikolay Panteley isə bildirib ki, iki ölkə arasında əməkdaşlığın məntiqi nəticəsi olan trafikin həcminin artırılması xərclərin artmasına səbəb olamayacaq. Müvafiq olaraq, iki ölkənin elektron rabitə operatorları son abonentlər üçün müəyyən xidmətlərin qiymətini azaltmaq imkanı qazanacaqlar.

Biznes forumda, həmçinin "Beltelekom" və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında niyyət sazişi və Belarus Ali Dövlət Rabitə Kolleci və Azərbaycan Texniki Universiteti arasında distant təhsil üzrə ali məktəblərarası mərkəzin yaradılması barədə müqavilə imzalanıb. Bundan başqa, biznes forum çərçivəsində poçt markasının xüsusi möhürün vurulması baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti