...

Azərbaycan bazarında mobil əməliyyat sistemlərinin pay bölgüləri məlum oldu

Telekommunikasiya Materials 24 İyun 2013 11:12 (UTC +04:00)
İlin əvvəlindən etibarən “Android” mobil əməliyyat sisteminin (ƏS)Azərbaycanda bazar payı 27 faiz artıb.
Azərbaycan bazarında mobil əməliyyat sistemlərinin pay bölgüləri məlum oldu

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir H.Vəliyev/

İlin əvvəlindən etibarən "Android" mobil əməliyyat sisteminin (ƏS) Azərbaycanda bazar payı 27 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Global Stats" statistika mərkəzinin yaydığı məlumatda deyilir.

"Global Stats"ın məlumatlarına görə, Azərbaycan bazarında "Android" ƏS 37,7 fazi payla birinci yeri tutur. Bu da ötən ilin müvafiq göstəricisindən 160,8 faiz çoxdur.

Mobil ƏS-nin populyarlığına görə "Series 40" ƏS 23,32 faizlə ikinci yeri tutur. İlin əvvəlindən onun bazar payı 14,7 faiz azalıb.

"SymbianOS" əməliyyat sisteminin bazar payında da əhəmiyyətli enmə qeydə alınıb. Onun bazar payı 29 faizədək (ötən ilki göstəriciyə nisbətən 35,52 faiz azalma) azalıb.

"Global Stats"ın statistikasına əsasən Azərbaycan bazarında "SymbianOS" ƏSs 13,86 fazilik payla üçüncü yeri tutur.

Mobil ƏS-nin populyarlığına görə dördüncü pillədə 12,29 faizlik payla "İOS" əməliyyat sistemi qərarlaşıb. Bu ƏS-nin payı ilin əvvəlindən 20 faiz artıb.

Beşinci pillədə isə mənşəyi bilinməyən əməliyyat sistemləri qərarlaşıb (4,54 faiz). Daha sonra isə, "Samsung" ƏS-2,51 faiz, "Blackberry" ƏS - 2,34 faiz, "Windows Phone" ƏS - 2,17 faiz və digər ƏS-ləri qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti