Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir H.Vəliyev/
1 avqust 2013-cü il tarixinədək Dövlət Radiotezliklər İdarəsində (DRİ) 368 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.
Trend-in İdarəyə istinadən verdiyi məlumata görə, onlardan 69 istifadəçi dövlət, 247-si kommersiya, 24-ü xarici təşkilat, 28 istifadəçi isə fiziki şəxsdir.
İlin müvafiq dövrü ərzində DRİ-də 3132 ədəd radioelektron vasitə (REV) qeydiyyata alınıb. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 41 560 ədəd təşkil edir.