...

Azərbaycanda 450-dən çox qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 13 Sentyabr 2013 13:05 (UTC +04:00)
Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 2013-cü ilin yanvar-avqust ayları ərzində iş planına, İdarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 500 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
Azərbaycanda 450-dən çox qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir H.Vəliyev/

Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 2013-cü ilin yanvar-avqust ayları ərzində iş planına, idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 500 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

İdarədən cümə günü Trend-ə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 462 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 26 ədədi DRİ-də qeydiyyata salınıb və 168 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 46 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti