...

Azərbaycana mobil telefon idxalı artıb

Telekommunikasiya Materials 14 Aprel 2014 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir H.Vəliyev/

Fevralda Azərbaycana mobil telefonların və simsiz şəbəkələrdə işləyən digər telefon aparatlarının idxal həcmi yanvarla müqayisədə 2,5 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, fevralda 499 min dollar dəyərində 6181 qurğu idxal olunub. Artım dəyər ifadəsində 2,2 dəfədən çox olub.

2014-cü ilin yanvar-fervral aylarında Azərbaycana mobil telefonların idxal həcmi 723,5 min dollar dəyərində 8680 ədəd təşkil edib. Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə idxalın həcmi 49,74 faiz, dəyər ifdaəsində isə bu göstərici 16,24 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti