...

Azərbaycan İKT sektorunun inkişafına təqribən 4 milyard dollar investisiya yatıracaq

Telekommunikasiya Materials 16 Aprel 2014 15:49 (UTC +04:00)
2020-ci ilədək Azərbaycanın İKT sektorunun inkişafına yatırılan investisiyaların təxminən 4 milyard dollar təşkil edəcəyi gözlənilir.
Azərbaycan İKT sektorunun inkişafına təqribən 4 milyard dollar investisiya yatıracaq

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir H.Vəliyev/

2020-ci ilədək Azərbaycanın İKT sektorunun inkişafına yatırılan investisiyaların təxminən 4 milyard dollar təşkil edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Məqalədə bildirilir ki, "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, son illərdə ölkədə İKT sektorunun həcmi 15-20 faiz orta illik artımla 4,5-5 dəfə artacaq.

Nazir qeyd edib ki, 2020-ci ilədək Azərbaycanda İKT sektorunun gəlirləri 8-8,5 milyard dollar, yaxud ÜDM-in 10 faizinə yaxın olacaq.

Ə.Abbasov ilkin mərhələdə 2014-2016-cı illəri əhatə edəcək Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsini ("Evə optika") də vurğulayıb.

İlkin mərhələdə Azərbaycan Respublikası Dövlət Neft Fondundan layihənin reallaşdırılmasına 103 milyon manat ayrılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti