...

“Microsoft” Qazaxıstan və MDB regionu üzrə yeni baş direktor təyin edib

Telekommunikasiya Materials 7 Mart 2017 16:47 (UTC +04:00)
“Microsoft” korporasiyası aprelin 1-dən Ronald Binkofskinin “Microsoft Kazakhstan” şirkətinin baş direktoru və eyni zamanda, MDB regionu üzrə rəhbər təyin edildiyini açıqlayıb.
“Microsoft” Qazaxıstan və MDB regionu üzrə yeni baş direktor təyin edib

Bakı. Trend:

“Microsoft” korporasiyası aprelin 1-dən Ronald Binkofskinin “Microsoft Kazakhstan” şirkətinin baş direktoru və eyni zamanda, MDB regionu üzrə rəhbər təyin edildiyini açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, R.Binkofski ötən il ərzində bu vəzifədə çalışmış Konstantin Nazarovu əvəz edəcək.

R.Binknofski Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistanı özündə birləşdirən regionda biznesin inkişafına cavabdeh olacaq.

Bu vəzifəyə təyin olmamışdan öncə R.Binknofski 4 il ərzində “Microsoft Poland” şirkətinə, daha əvvəl isə 2,5 il ərzində “Microsoft Romania” şirkətinə rəhbərlik edib.

R.Binkofski bildirib: “Həm bu gün, həm də gələcəkdə inkişaf üçün böyük potensiala malik olan bu regionun, ölkənin bir parçası olacağımdan məmnunam. Komandamızla birgə biz müştəri və tərəfdaşlarımıza dəstək göstərməyi davam edəcək, texnologiyaların tətbiqində və rəqəmsal transformasiyalar dövründə biznesin və həyatın bütün sahələrində inkişafa yardım göstərəcək”.

R.Binkofski 10 ildən artıqdır ki, “Microsoft” şirkətində çalışır və biznesin idarə edilməsi, satış, marketinq, əməliyyatların və dəyişikliklərin idarə edilməsi sahələrində böyük təcrübəyə malikdir. O, karyerasına “Software AG” şirkətində Mərkəzi və Şərqi Avropa üzrə regional menecer kimi başlayıb, buna qədər isə şəxsi biznesini idarə edib.

R.Binkofski Krakovda (Polşa) Yagelon Universitetininin tətbiqi riyaziyyat fakültəsini bitirib və “INSEAD” biznes məktəbinin “Advanced Management” proqramı üzrə məzun olub. Bundan başqa, o, Almaniyanın Höte adına Frankfurt Universitetində rus dilini öyrənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti