...

"Instagram"da onlayn olanları görmək mümkün oldu

Telekommunikasiya Materials 21 İyul 2018 22:02 (UTC +04:00)
"Instagram" sosial şəbəkəsində artıq "onlayn" olan istifadəçiləri görmək mümkün oldu.
"Instagram"da onlayn olanları görmək mümkün oldu

Bakı. Trend:

"Instagram" sosial şəbəkəsində artıq "onlayn" olan istifadəçiləri görmək mümkün oldu.

Trend-in məlumatına görə, bu yenilik barədə şəbəkənin rəsmi bloqunda bildirilir.

İstifadəçilər "Facebook" messencerində olduğu kimi, onlayn olduqları halda yaşıl nöqtə ilə işarələnirlər. İstifadəçinin statusunu yalnız onun dostluğunda olan və yaxud onun yazışma apardığı insanlar görə bilir. İstəkdən asılı olaraq bu funksiya gizlədilə də bilər.

Hal-hazırda sosial şəbəkədə onlayn olanları yalnız "Direct" bölməsində görmək mümkündür, lakin gələcəkdə, tətbiqin yeni versiyasında, yaşıl işarə xəbər lentində istifadəçinin şəkilinin yanında da qeyd olunacaq.

Şəkillərin və qısa videoların paylaşılması üçün "Instagram" tətbiqi 2010-cu ilin oktyabr ayında işə salınıb və ilk öncə yalnız "Apple" şirkətinin mobil qurğuları üçün nəzərdə tutulub. 2012-ci ilin aprelində servis "Android" platformasının istifadəçiləri üçün də əlçatan olub. Məhz o zaman, "Facebook" şirkəti "Instagram"ı 1 milyon dollara alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti