...

Azərbaycanda 2022-ci ilin birinci yarısında internetdə kibertəhlükələrin sayı açıqlanıb

Telekommunikasiya Materials 17 İyul 2022 23:54 (UTC +04:00)
Azərbaycanda 2022-ci ilin birinci yarısında internetdə kibertəhlükələrin sayı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı 3 001 min olub, onlardan 94,3 faizi (2 83 min) baxılaraq təmin edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən deyiblər.

Məlumata əsasən, hesabat dövründə informasiya təhlükəsizliyi auditi əsasında kompüter insidentlərinə qarşı mübarizə qrupu tərəfindən 204 hesabat hazırlanaraq aidiyyəti strukturlara göndərilib.

Bundan əlavə, yanvar-iyun aylarında internet şəbəkəsinin Azərbaycan seqmentində 28 domen adı və 85 subdomen qeydə alınıb.

Xatırladaq ki, 2021-ci ildə internetin Azərbaycan seqmentində unikal kiber hadisələrin sayı 2020-ci illə müqayisədə 20,3 faiz azalaraq 3 977 min olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti