...

Naxçıvan MR-də 364,2 min manatlıq rabitə xidməti göstərilib

Telekommunikasiya Materials 29 Mart 2006 11:51 (UTC +04:00)

2006-cı ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) müəssisələrə, təşkilatlara və əhaliyə rabitə sahəsində 364,2 min manatlıq xidmət göstərilib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 6,5% çoxdur. NMR-nın Bakıdakı daimi nümayəndəliyindən Trend ə verilən məlumata görə, göstərilən xidmətlərin ümumi məbləğindən əhalinin payına 261,8 min manat düşür ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,5% çoxdur.

Nümayəndəlikdən bildirilib ki, Muxtar Respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bu müddət ərzində 361 telefon xətti çəkilib. Bu göstərici 2005-ci illə müqayisədə 122 ədəd və ya 51% çoxdur.

Göstərilən dövrdə NMR-nın rabitə müəssisələrində işçilərin sayı 805 nəfər təşkil edib. Bu, ötən illə müqafisədə 3,7% çoxdur. Hər bir işçinin əmək haqqı 2005-ci illə müqayisədə 20,4% artaraq 100,2 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti