...

Azərbaycan Rabitə Nazirliyi İnternet şəbəkəsinə qoşulmaq üçün istifadə edilən telefon xətlərinə görə ödəniş məsələlərini nəzərdən keçirəcək

Telekommunikasiya Materials 28 Dekabr 2006 14:25 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə bildiriblər ki, nazirlik Tarif Şurasına təqdim edilməsi üçün şəhərdaxili danışıqlar üçün tariflərin dəyişdirilməsi üzrə təkliflər paketi hazırlyır.

Dəiyşikliklər Bakıda əlaqənin elektronlaşdarılmasının və limitlər sisteminə keçid üçün texniki şərtlərin yaradılmasının başa çatması səbəbindən lokal telefon danışıqlarına limitlərin tətbiq edilməsi ilə əlaqədardır.

Nazirlikdə hesab edirlər ki, bu tədbir şəbəkədən səmərəli istifadə üçün vacibdir.

"Dial up"a qoşulmaqla İnternetdən istifadə üçün tariflər məsələsinə toxunaraq dövlət idrəsindən bildiriblər ki, hazırda limitlərin həyata keçirilməsi üçün mexanizmin hazırlanması həyata keçirilir, bu gün hələ dəqiq müəyyən edilməyib, bu, İnternetə aid olacaq, ya yox.

Rabitə naziri Əli Abbasov bundan öncə söyləyib ki, tariflər elə şəkildə qurulacaq ki, əhali şəhərdaxili danışıqlar üçün ödəniş həyata keçirərkən özlərinə ziyan dəyməsini hiss etməyəcəklər. Əhaliyə müxtəlif ödəmə variantları təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti