...

Ucar TKŞ EATS quraşdırılması üçün tender elan edib

Telekommunikasiya Materials 12 Fevral 2007 13:37 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İstehsalat Birliyinin Ucar Telekommunikasiya şəbəkəsi (TKŞ) elektron avtomat telefon stansiyasının (EATS) quraşdırılması ilə bağlı tender elan edib.

Yeni EATS-lər 384/30 nömrə tutumlu Lək kəndində və 256/30 nömrə tutumlu Qulabənd kəndində quraşdırılmalıdır.

Tenderdə marağı olan şəxslər təklifləri fevralın 19-na qədər təqdim etməlidirlər. Bununla bağlı əlavə məlumatı TKŞ-də almaq mümkündür. Təkliflər paketinin açılması fevralın 19-da saat 13:00-da TKŞ-nın binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti