...

FIMbank və Azərbaycan hökumətinin işi üzrə şahid dinləmələri iyun ayında keçiriləcək

Telekommunikasiya Materials 20 Aprel 2007 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Rotterdam məhkəməsi Azərbaycan hökuməti ilə Maltanın FIMbank-ı (First International Merchant Bank) arasında iş üzrə şahidlərin dindirilməsini iyun ayında aparacaq. Bu barədə məlumat cümə günü Azərbaycanın Rabitə və informasiya texnolgiyaları nazirliyindən verilib.

Ötən iclas zamanı FIMbank-ın Kanadada yaşayan eks-presidenti dinlənilib. Ondan başqa bankın departamentlərindən birinin rəhbəri də ifadə verməli idi. Ancaq obyektiv səbəblər üzündən bu məsələ daha uzun müddətə təxirə salınıb. 4 iyunda keçirilən iclasda bankın ikinci şahidi və bir nəfər Azərbaycan tərəfdən olan şahid dindiriləcək.

Maltanın FIMbankı 2004-cü ilin iyununda Azərbaycan hökumətinə qarşı guya Rabitə Nazirliyi və Pochtbank AKB-nin zəmanəti ilə Rabitə Nazirliyinin mövcud olmayan müəssisələrinə (Aztell - 3035000 dollar və Baktell - 1560000 dollar) verilmiş kreditin ödənilməməsi iddiası ilə məhkəməyə müraciət edib.

Xəbər lenti

Xəbər lenti