...

Azərbaycan gömrüyü üçün avadanlığın alınması üzrə tender elan edilib

Tender müsabiqələri Materials 7 İyun 2012 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Axundov/

BMT-nin İnkişaf Proqramı Azərbaycan Dövlət Gömrük Komitəsi üçün İT-avadanlığın alınması üzrə tender elan edib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı BMT-nin İnkişaf Prorqamının rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tender "Cənubi Qafqazda İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsi (SCİBM) çərçivəsində elan edilib.

Qeyd edək ki, layihə 2009-2012-ci illər üçün hesablanıb. Onun büdcəsi 6 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti