...

Rusiya XİN: Prezident seçkiləri Azərbaycanın daxili işidir (YENİLƏNİB)

Nəzər nöqtəsi Materials 8 Fevral 2018 17:17 (UTC +04:00)
Prezident seçkiləri Azərbaycanın daxili işidir
Rusiya XİN: Prezident seçkiləri Azərbaycanın daxili işidir (YENİLƏNİB)

Bakı. Trend:

Prezident seçkiləri Azərbaycanın daxili işidir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin tarixinin dəyişdirilməsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edib-etməyəcəyi barədə sualına cavab verərkən deyib.

M.Zaxarova bildirib: “Hesab edirəm ki, prezident seçkiləri bu suveren dövlətin daxili işidir. Bunun səbəbi və formatı barədə ilk növbədə Azərbaycan tərəfinə müraciət etmək lazımdır”.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti