...

Natiq Rəsulzadə: Azərbaycan kimi elə bir ölkə yoxdur ki, orada Prezident yaradıcı ziyalıların qayğısına bu cür qalsın

Nəzər nöqtəsi Materials 23 Mart 2018 15:28 (UTC +04:00)
"Azərbaycan kimi elə bir ölkə yoxdur ki, orada Prezident yaradıcı ziyalıların qayğısına bu cür qalsın".
Natiq Rəsulzadə: Azərbaycan kimi elə bir ölkə yoxdur ki, orada Prezident yaradıcı ziyalıların qayğısına bu cür qalsın

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycan kimi elə bir ölkə yoxdur ki, orada Prezident yaradıcı ziyalıların qayğısına bu cür qalsın.

Trend-in məlumatına görə, bunu yazıçı və kino-dramaturq Natiq Rəsulzadə bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətin bütün sahələrində bir çox zirvələrə yüksəlib və bütün dünyaya unikal muğam və caz incəsənəti, xalçaçılıq və rəsm, ədəbiyyat və kinematoqrafı ilə məşhurlaşıb:

“Dünyada elə bir ölkə yoxdur ki, orada dövlət başçısı yaradıcı ziyalıların maddi vəziyyətinin qeydinə qalsın, yaradıcı şəxslərə prezident təqaüdü qismində rəsmi yardım göstərilsin və bununla da gələcək nailiyyətlərə yol açılsın, desəm, səhv etmərəm”.

Yazıçı bildirib ki, ölkənin nüfuzu və şöhrəti onun ümumdünya mədəniyyətinə töhfəsindən asılıdır və Azərbaycan bunun üçün az iş görməyib. Respublika rəhbərliyi mədəniyyəti öz geniş və çoxplanlı fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri kimi görür:

“Bizim görkəmli mədəniyyət xadimlərini – bəstəkarları, yazıçıları, müasir rəsm məktəbimizi, muğam ifaçılarımızı, yeni nəsli caz musiqiçilərimizi, xalçaçılıq ustalarını və digər incəsənət nümayəndələrini bütün dünyada tanıyırlar. Bu məsələdə Azərbaycanın xarici siyasətinin və diplomatiyasının uğurlarını qiymətləndirməmək mümkün deyil”.

N.Rəsulzadə əlavə edib ki, Prezident İlham Əliyevin geniş və məhsuldar fəaliyyəti barəsində çoxlu məqalələr, oçerklər, kitablar yazılıb. Amma bunlardan ən parlağı, ən məzmunlusu və ən təsirlisi məşhur yazıçı-publisist Elmira Axundovanın “Dəyişikliklər fonunda prezidentin portreti” kitabıdır. Bu kitabda yer alan sitatların birində deyilir:

“Bugünkü Azərbaycan ən cəsarətli arzuların və ən ambisiyalı layihələrin reallaşdığı coğrafi məkandır. Əlbəttə, hər kəs bu faktla razılaşar ki, ölkənin həqiqətən də epoxal müasirləşməsinin lokomotivi dövlətin başında dayanan güclü Liderdir”.

N.Rəsulzadənin sözlərinə görə, Azərbaycan istedadlarla, görkəmli şəxsiyyətlərlə zəngindir və xalqımız bununla fəxr edə bilər:

“Onları bir şey birləşdirir – istedadlı xalqın övladları olması. Dərin multikulturalizm kökləri ilə fəxr edən istedadlı, xeyirxah xalqın, Prezidentimizin yeni nailiyyətlərə doğru apardığı müdrik, humanist xalqın övladları olması. Prezidentin rəhbərliyi altında ölkəmiz hər il daha uğurlu, sabit, güclü və dünyada daha çox hörmət sahibi olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti