...

Yeni hökumətin hakimiyyətə gəlməsindən sonra İsrail HƏMAS-la danışıqlara yenidən başlayacaq

Dünya xəbərləri Materials 29 Mart 2009 20:14 (UTC +04:00)

İsrail və HƏMAS hərəkatı arasında əsirlərin mübadiləsi istiqamətində danışıqlara ölkənin Baş nazir vəzifəsini Ehud Olmert tərk etdikdən və hakimiyyətə yeni hökumət gəldikdən sonra yenidən başlanacaq.
Tərəflər arasında əlaqə hələ ki davam edir, belə ki, bu məsələ ilə gələn həftə andiçmə mərasimi keçiriləcək "yeni hökumət məşğul olacaq". Bu barədə Associated Press İsrail hökumətinə yaxın mənbələrdən sitat gətirir.

2009-cu ilin fevralında İsraildə korrupsiya qalmaqalından sonra istefaya çıxan Baş nazir Olmertin təşəbbüsü ilə təşkil edilmiş parlament seçkiləri vaxtından qabaq keçirilib. Seçkilərdə sağ partiya olan "Kadima" qələbə çalaraq parlamentdə 28 yerə sahib olub. İsrailin yeni hökumətinin formalaşdırılması haqqını isə 1990-cı ildən hakimiyyətdə olan Netanyahunun "Likud" partiyası əldə edib. Politoloqlar qeyd edirlər ki, hökumət Netanyahunun başçılığı altında qurulsa, o, Fələstinə və Ərəb dünyasına qarşı münasibətdə Olmertin dövründəkindən də amansız mövqe nümayiş etdirəcək.

Fələstinin HƏMAS hərəkatının döyüşçüləri 2006-cı ilin iyununda İsrail dövlətinin kapralı Qilad Şaliti qaçırıblar. O vaxtdan etibarən onun azad olması istiqamətində danışıqların bir neçə raundu keçirilib, bu zaman döyüşçülər bəzi şərtlər irəli sürüb. Martda keçirilən sonuncu danışıqlar uğursuz nəticələnib. HƏMAS İsrail həbsxanalarında cəza çəkən 450 tərəfdaşının azad edilməsini tələb edib. Baş nazir Olmert bu şərtlərdə sövdələşmək imtina edərək israillilərin həlak olmasında günahlandırılanların azad olmayacağını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti