...

Bu il MDB-nin qeyri-formal sammiti at yarışı ilə əvəz olunacaq - "Vedomosti"

Dünya xəbərləri Materials 15 İyul 2009 13:51 (UTC +04:00)
Bu il MDB-nin qeyri-formal sammiti at yarışı ilə əvəz olunacaq - "Vedomosti"

Rusiya bu il faktiki olaraq MDB ölkələrinin qeyri-formal sammitini təşkil etməyəcək; bunun əvəzinə Moskva Birliyin bütün ölkə liderlərini RF Prezidentinin mükafatı uğrunda at yarışına dəvət edib. Yarış şənbə günü, iyulun 18-i mərkəzi cıdır düzündə keçiriləcək, Kremldəki mənbələrə istinadən çərşənbə günü "Vedomosti" qəzeti yazıb.

"Kim cıdırla maraqlanırsa, gələcək", - mətbuat mənbədən sitat gətirib.

Prezident idarəsinin digər əməkdaşı qeyd edib ki, "belə statuslu şəxslərın qeyri-rəsmi ünsiyyəti çərçivəsində baş verən istənilən tədbiri qeyri-formal tədbir adlandırmaq olar", qəzetdə bildirilib.

MDB ölkələrinin 11 liderindən heç də hamısı Moskvaya gəlməyəcək: çərşənbə axşamına olan məlumata görə, öz səfərlərini yalnız Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan və Moldova liderləri təsdiqləyib, qəzet yazıb. Tacikistandan başqa bütün ölkələr cıdıra öz atlarını təqdim edib. Bundan başqa, tədbirdə müstəqillikləri yalniz iki ölkə - Rusiya və Nikaraqua tərəfindən tanınmış Cənubi Osetiya və Abxaziya respubilkalarının prezidentləri də iştirak edəcək, RİA Novosti yazıb.

Tədbir çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçiriləcək. Onların Rusiya hökuməti başçısının iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmələri mümkündür.

Qəzetin verdiyi məlumata görə, Moskvadakı at yarışına Ukrayna və Türkmənistan prezidentləri Viktor Yuşenko və Qurbanqulı Berdimuhamedov gələ bilməyəcək.

"Rusiya iki prezidentin tamdəyərli ikitərəfli görüşünü keçirməyə hazır deyil. Bununla əlaqədar Viktor Yuşenkonun təbirdə iştirakı şübhəli məqsədyonlük doğurur", - mətbuat Moskvadakı Ukrayna səfirliyinin adı açıqlanmayan nümayəndəsinin sözlərini sitat gətirib. Qəzetin verdiyi məlumata görə, Türkmənistan liderinin gəlməməsinə onun qohumunun xəstəliyi səbəb olub.

MDB-nin ötən üç qeyri-formal sammitində prezidenlərin hamısı iştirak edib. 2007-ci ilin yay sammiti Peterburq iqtisadi forumu zamanı olub, növbədənkənar fevral sammiti Vladimir Putinin prezident vəzifəsndə öz həmkarları ilə vidalaşma görüşü, bir il öncə Peterburqdakı iyun görüşü isə Dmitri Medvedyevin prezident vəzifəsində ilk debütü zamanı olub.

Xəbər lenti

Xəbər lenti