...

Ayətullah Xomeyni İranın Dövlət televiziyasında "təhqir" olunub

Dünya xəbərləri Materials 11 Dekabr 2009 13:36 (UTC +04:00)
"Ayətullah Xomeyninin əsərlərini çap və nəşr edən müəssisə"nin icraçı direktoron müavini Həmid Ənsari İranın Dövlət televiziyasının başçısı İzzətullah Zərğamiyə məktub göndərərək dekabrın 7-də (16 azər-Tələbələr günü) televiziyada naməlum şəxs tərəfindən Ayətullah Ruhullah Xomeyninin şəklinin cırılması kadrlarının yayımlanmasını tənqid edərək, bu təşkilatın İranın sabiq Ali rəhbərinə dair kadrlar yayımlayarkan diqqətli olmasını istəyib.
Ayətullah Xomeyni İranın Dövlət televiziyasında "təhqir" olunub

Azərbaycan, Bakı, 11 dekabr / Trend /

"Ayətullah Xomeyninin əsərlərini çap və nəşr edən müəssisə"nin icraçı direktoron müavini Həmid Ənsari İranın Dövlət televiziyasının başçısı İzzətullah Zərğamiyə məktub göndərərək dekabrın 7-də (16 azər-Tələbələr günü) televiziyada naməlum şəxs tərəfindən Ayətullah Ruhullah Xomeyninin şəklinin cırılması kadrlarının yayımlanmasını tənqid edərək, bu təşkilatın İranın sabiq Ali rəhbərinə dair kadrlar yayımlayarkan diqqətli olmasını istəyib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

İran televiziyası dekabrın 7-də 20:30 xəbər buraxılışında və bir neçə buraxılışda Tələbələr günü keçirilən mitinqlərin yaxınlığında bir neçə nəfərin prezident Mahmud Əhmədinejad və Ali Lider Ayətullah Əli Xamenei ilə birlikdə İran İslam İnqilabının banisi sabiq Ali Lider Ayətullah Ruhullah Xumeyninin şəkillərini cırması əks olunan kadrları yayımlayıb.

Məlumata əsasən, Ənsari məktubunda bildirir ki, Azər ayının 16-da İran İslam televiziyası "bir neçə xəbər bölməsində bəzi kadrlar yayımladı ki, İmam Xomeyniyə qarşı hörmətsizlik həmin kadrlarda yer alıb". Ənsari əlavə edib ki, həmin vaxtlar hadisə yerində olan universitet tələbələrinin dediyinə görə, "məsələnin mahiyyəti kadrlarda yayımlandığı kimi deyilmiş". "Həmin gün İmam Xomeyniyə qarşı heç bir hörmətsizlik olmayıb", - deyə Ənsari məktubda yazır.

Ənsari öz məktubunda yazır ki, "Dövlət televiziyasının təhqiredici kadrları yayımlaması Ayətullah Xomeynini sevənlərin təssüf, təccüb və etirazına səbəb olub. Əgər belə bir faktı digər mətbu orqan yayımlamış olsaydı, İslam İnqilabı sevənlərin ciddi etirazına səbəb olardı".

Ənsari əlavə edib ki, "maraqlısı budur ki, indiyədək heç bir xarici kanal və mətbuat orqanı həmin kadrları yayımlamayıb və bu səhv addım ancaq İslam Respublikasının Dövlət televiziyası tərəfindən atılıb."

"İmam Xomeyninin əsərlərini çap və nəşr edən müəssisə" 1988-ci ildə İranın sabiq Ali Lideri Ayətullah Xomeyninin yaşadığı dövrdə onun çıxışlarının, yazılarının və məktublarının təhrif olunmasının qarşısını almaq məqsədi ilə təsis edilib. İmam Xomeyninin vəfatından sonra həmin müəssisənin rəhbərliyini oğlu Əhməd Xomeyni öhdəsinə götürdü. Hazırda müəssisənin rəhbəri Əhməd Xomeynin oğlu Həsən Xomeynidir. Məhəmməd Əli Ənsari müəssisənin icraçı direktorudur. Həmid Ənsari isə icraçı direkotrun müavinidir.

Xəbər lenti

Xəbər lenti