...

Gürcüstanda "donuz qripi"ndən daha bir hamilə qadın ölüb

Dünya xəbərləri Materials 22 Dekabr 2009 13:58 (UTC +04:00)
Bu gün 18 yaşlı hamilə qadın Kutaisinin Ana və Uşaq Mərkəzində "donuz qripi" virusundan ölüb. Gürcüstanın xəstəliklərə nəzarət üzrə milli mərkəzindən Trend News-a bildirildiyi kimi, o, H1N1 virusunun ağırlaşması nəticəsində ölüb. Ağırlaşma nəticəsində 1adın 24 həftəlik hamiləlik dövründə ikitərəfli pnevmaniyadan ölüb.
Gürcüstanda "donuz qripi"ndən daha bir hamilə qadın ölüb

Gürcüstan, Tbilisi, 22 dekabr / Trend , müxbir N. Kirtsxalia/

Bu gün 18 yaşlı hamilə qadın Kutaisinin Ana və Uşaq Mərkəzində "donuz qripi" virusundan ölüb. Gürcüstanın xəstəliklərə nəzarət üzrə milli mərkəzindən Trend -a bildirildiyi kimi, o, H1N1 virusunun ağırlaşması nəticəsində ölüb. Ağırlaşma nəticəsində 1adın 24 həftəlik hamiləlik dövründə ikitərəfli pnevmaniyadan ölüb.

Bu artıq Gürcüstanda "donuz qripi"ndən dünyasını dəyişmiş 7-ci xəstədir. Virusun qurbanları arasında 3 hamilə qadın olub.

Mərkəzin məlumatına görə, Zuqdidi xəstəxanasında daha bir hamilə qadın ağır vəziyyətdədir. Zuqdididən Tbilisiyə həmçinin səhhəti kritik vəziyyətdə olan 29 yaşlı kişi gətirilib.

Həkimlərin dediyinə görə, bütün ölümlə nəticələnən halların səbəbi həkimə gec müraciət etmək olub. Həkimlər vətəndaşları hətta adi qripin əlamətləri yaranan zaman dərhal müraciət etməyə çağırıblar.

Xəbər lenti

Xəbər lenti