...

Musəvinin bacısı oğlu iğtişaşlardan kənar yerdə öldürülüb - İran polisi

Dünya xəbərləri Materials 29 Dekabr 2009 18:00 (UTC +04:00)
İran Polisi Aşura günü Tehranda baş verən hadisələrlə bağlı yeni bəyanat yayıb. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Musəvinin bacısı oğlu iğtişaşlardan kənar yerdə öldürülüb - İran polisi

İran Polisi Aşura günü Tehranda baş verən hadisələrlə bağlı yeni bəyanat yayıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Bəynatda bildirilir ki, Əli Musəvi Mir Hüseyn Musəvinin bacısı oğlu baş vermiş iğtişaşlarda öldürülməyib. İğtişaşlar olmayan bir xiyabanda yoldan keçən avtomobil sərnişini tərəfindən ona tərəf atəş açılıb və xəstəxanaya çatdırılan zaman yolda keçinib.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Aksiyalardan beynəlxalq mətbuatda yayılan şəkillərdə bəzən xalqın polisə hücumu, daşlaması və polis motosikletlərini oda çəkməsi görünür. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Ötən gün İran polisinin rəis müavini general Əhmədrza Radan Aşura günü baş verən hadisələrdə 300 nəfərin həbs olduğunu deyib.

Beynəlxalq informasiya agentliyinin məlumatına görə, ölənlərin sayı 15-dir, təxminən 550 nəfər həbs edilib. Fars xəbər agentliyinin məlumatına əsasən, ölənlər arasında prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvinin bacısı oğlu Əli Musəvi də olub.

Bəyanatda deyilir ki, Aşura günündə "Fitnəçilər" (iğtişaşçılar) dövlət və əhalinin şəxsi mallarına hucum edib və İmam Hüseynə matəm saxlayan şəxsləri və polis qüvvələrini döyüblər. Həmin iğtişaşlarda həlak olan şəxslər haqqında araşdırma apararaq onların necə və hansı şəraitdə ölməsi haqda məlumatı yayımlayırıq. Əli Musəvi Həbibi iğtişaşların baş verdiyi xiyabanda deyil, Tehranın ətraf xiyabanlarının birində (Şadman xiyabanında) 12:00-13:00 radələrində yoldan keçən avtomobil sərnişini tərəfindən ona tərəf atəş açılıb və xəstəxanaya gec çatdırıldığı üçün yolda keçinib. Terror hadisəsini törədən şəxslərin tapılması üçün axtarışlar davam edir.

Xəbər lenti

Xəbər lenti