...

İranın iqtidaryönlü qəzetinə xəbərdarlıq edildi

Dünya xəbərləri Materials 5 Yanvar 2010 14:39 (UTC +04:00)
İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti ölkənin tanınmış qəzetlərindən olan və hakimiyyətyönlü "Jomhoriye İslami" qəzetinə Musəvinin bəyanatını yaydığına görə xəbərdarlıq edib.
İranın iqtidaryönlü qəzetinə xəbərdarlıq edildi

İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti ölkənin tanınmış qəzetlərindən olan və hakimiyyətyönlü "Jomhoriye İslami" qəzetinə Musəvinin bəyanatını yaydığına görə xəbərdarlıq edib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti bazar ertəsi keçirdiyi iclasda "Jomhoriye İslami", "Fərhənge Aşti", "Arman", "Karun", "Aftabe Yəzd" və "Etimad" qəzetlərinə və "Pəncərə" həftəlik jurnalına məqsədəmüvafiq fəaliyyət göstərmədiklərinə görə xəbərdarlıq edib.

Məlumata əsasən, "Jomhoriye İslami" və "Fərhənge Aşti" qəzetləri müxalifətdən olan sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin son bəyanatını yaydıqlarına görə Mətbuat qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən yazılı xəbərdarlıq alıblar.

"Jomhoriye İslami" qəzeti "Jomhoriye İslami" (İslam Respublikası) partiyasının rəsmi orqanı olub. Qəzet 1979-cu ildə İran İslam İnqilabının qələbəsindən sonra təsis olunub. İran İslam Respublikasının yüksəkçinli rəsmiləri "Jomhoriye İslami" partiyasının üzvü olublar. Partiya 1987-ci ildə dağılsa da, İranın sabiq lideri ayətullah Xomeyninin göstərişi ilə "Jomhoriye İslami" qəzeti öz işini davam etdirib.

Xəbər lenti

Xəbər lenti