...

"Azericard"ın baş direktoru dünyasını dəyişib

Dünya xəbərləri Materials 31 May 2010 19:53 (UTC +04:00)
Mayın 30-da ömrünün 42-ci ilində "Azericard" prosessinq mərkəzinin baş direktoru Elmar Sadıxov dünyasını dəyişib.
"Azericard"ın baş direktoru dünyasını dəyişib

Azərbaycan, Bakı, 31 may /Trend/

Mayın 30-da ömrünün 42-ci ilində "Azericard" prosessinq mərkəzinin baş direktoru Elmar Sadıxov dünyasını dəyişib.

Azericard-ın yeganə təsisçisi olan Azərbaycan Beynəlxalq Bankından verilən məlumata görə, Sadıxov Moskvada məzuniyyətdə olarkən dünyasını dəyişib.

Sadıxov Azericard-a 1997-ci ildən rəhbərlik edib. O, həmçinin Azərbaycan Beynəlxalq Bankının informasiya texnologiyaları departamentinin direktoru olub.

O, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib.

Xəbər lenti

Xəbər lenti