...

İran Prezidenti Livana səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 12 İyul 2010 12:43 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad avqustun əvvəllərində hakimiyyəti dövründə ilk dəfə olaraq Livana səfər edəcək, - məlumatı Fars News İran agentliyi yayıb.
İran Prezidenti Livana səfər etməyi planlaşdırır

İran Prezidenti Mahmud Əhmədinejad avqustun əvvəllərində hakimiyyəti dövründə ilk dəfə olaraq Livana səfər edəcək, - məlumatı Fars News İran agentliyi yayıb.

Əhmədinejadın bu səfəri onun livanlı həmkarı Mişel Süleymanın 2008-ci ildə İrana səfərinin cavabı kimi qiymətləndirilir.

İranla Livan arasında münasibətlər bu yaxınlara qədər Tehranın ölkədə siyasi vəziyyətə təxmin olunan nüfuzuna görə gərgin olaraq qalırdı. İran rəhbərliyi Baş nazir Səədə əl- Haririnin hakimiyyətində müxalifəti təmsil edən "Hizbullah" partiyası ilə sıx əlaqələri dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti