...

İranın Yəzd əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 Oktyabr 2010 12:25 (UTC +04:00)
Bu gün səhər İranın Yəzd əyalətinin Təbəs şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verib.
İranın Yəzd əyalətində zəlzələ baş verib

Bu gün səhər İranın Yəzd əyalətinin Təbəs şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verib.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz Yəzd əyalətində zəlzələnin yerli vaxtla saat 03:17-də baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar haqqında hələ ki heç bir məlumat yoxdur.

Ümumiyyətlə, İranda tez-tez dağıdıcı zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş verib. Zəlzələ nəticəsində 31 000 insan həlak olmub və palçıqdan tikilən qədim qala dağılıb.

Ölkədə ən dağıdıcı zəlzələ - 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7.7 bal gücündə baş vermiş zəlzələ hesab edilir. Zəlzələ nəticəsində 37 000 insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində 100 000 nəfərdən çox insan yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti