Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir A.Tağıyeva /
Fırtına ilə əlaqədar bazar ertəsi İstanbulda bütün gəmi reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti xəbər verir.
İstanbulda artıq üçüncü həftədir ki, qarlı hava hökm sürür. Şəhərin bütün rayonlarına güclü qar düşüb. Yolların buz bağlaması səbəbindən avtomobil qəzalarının sayı kəskin şəkildə artıb.