...

Gürcüstanın iki seçki məntəqəsində təkrar səsvermə keçirilə bilər

Dünya xəbərləri Materials 4 Oktyabr 2012 16:30 (UTC +04:00)
Gürcüstanda iki seçki məntəqəsində təkrar səsvermə keçirilə bilər.
Gürcüstanın iki seçki məntəqəsində təkrar səsvermə keçirilə bilər

Gürcüstan, Tbilisi, 4 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda iki seçki məntəqəsində təkrar səsvermə keçirilə bilər. Trend-in məlumatına görə, Gürcüstan MSK-nın mətbuat katibi Eka Azaraşvilinin bildirdiyinə əsasən, səsvermənin nəticələri Siqnahi və Xulo məntəqələrində ləğv edilə bilər.

Onun sözlərinə görə, 8 dairədə seçkilərin nəticələri mübahisəli qalıb. Onlar Tetritskaro, Marneuli, Bolnisi, Axalsixe, Xaşuri, Adigeni, Qardabani və Laqodehidir.

"Dairə seçki komissiyasına şikayətin müddəti üç gündür. DSK-da şikayətə baxılması müddəti bir gündür. DSK-nın qərarından şikayətə baxılmasına 2 gün vaxt təyin edilib. Şəhər məhkəməsi iki gün ərzində şikayətə baxmalıdır, onun qərarından isə yekun qərar qəbul edəcək Apelyasiya Məhkəməsinə şikayət etmək olar", - Azaraşvili qeyd edib.

O, bir daha siyasi subyektləri DSK-lara təzyiqləri dayandırmağa çağırıb və MSK-nın bütün pozuntulara reaksiya verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti