...

Suriyada Baş nazirə sui-qəsd edilib

Dünya xəbərləri Materials 29 Aprel 2013 12:59 (UTC +04:00)
Bazar ertəsi Dəməşqin mərkəzində Suriyanın Baş naziri Vael əl-Həlqiyə qarşı sui-qəsd edilib.
Suriyada Baş nazirə sui-qəsd edilib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A. Tağıyeva/

Bazar ertəsi Dəməşqin mərkəzində Suriyanın Baş naziri Vael əl-Həlqiyə qarşı sui-qəsd edilib. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, Baş nazirinin korteji keçən zaman partlayış baş verib.

Məlumatda hadisə nəticəsində Baş nazirin xəsarət almadığı bildirilir. Həmçinin hadisədə ölənlərin də olduğu xəbər verilir.

Sui-qəsdin təfərrüatları araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti