...

Türkiyədə tenderdə qalib gələn Çin şirkəti ABŞ-ın “qara siyahı”sına daxil edilib

Dünya xəbərləri Materials 30 Sentyabr 2013 10:00 (UTC +04:00)
Türkiyədə uzaqmənzilli raketlərin yaradılması barədə elan edilən tenderdə qalib gələn Çinin "CPMIEC" şirkətinin adı ABŞ-ın “qara siyahı"sına salınıb.
Türkiyədə tenderdə qalib gələn Çin şirkəti ABŞ-ın “qara siyahı”sına daxil edilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə uzaqmənzilli raketlərin yaradılması barədə elan edilən tenderdə qalib gələn Çinin "CPMIEC" şirkəti ABŞ-ın "qara siyahı"sındadır. Bu barədə Trend Türkiyənin "CNN Türk" telekanalına istinadən bildirib.

Telekanalın məlumatına görə, "CPMIEC" şirkəti İran, Şimali Koreya və Suriyadakı fəaliyyətinə görə "qara siyahı"ya daxil edilib.

Xatırladaq ki, Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsinin ötən həftə keçirilən iclasında bəyan edilib ki, Türkiyədə uzaqmənzilli raketlərin yaradılması barədə elan edilən tenderdə Çinin "CPMIEC" şirkəti qalib gəlib.

Məlumatlara görə, uzaqmənzilli raketlər Çin şirkəti ilə Türkiyə şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılacaq.

FD-2000 tipi üzrə raketin yaradılmasını nəzərdə tutan Çinin "CPMIEC" şirkətinin layihəsi texniki cəhətdən Rusiya, Amerika və Fransa-İtaliya şirkətlərinin təkliflərindən üstün olub.

FD-2000 tipli raketlər iki kilometr hündürlüyə qalxa və 100 kilometr uzaqlıqda hədəfi vurmaq imkanına malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti