Gürcüstan, Tbilisi, 14 mart /Trend, müxbir N. Kirtsxalia /
Rumıniyanın baş naziri Viktor Panta martın 14-15-də Gürcüstana rəsmi səfər edəcək. Rumıniya hökumətinin rəhbəri Gürcüstan baş nazirinin dəvəti ilə Tbilisiyə gəlir.
Gürcüstan hökumətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Viktor Panta və İrakli Qaribaşvili arasında əvvəlcə təkbətək, sonra isə iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüşlər olacaq.
Görüş başa çatdıqdan sonra Gürcüstan və Rumıniyanın baş nazirləri birgə mətbuat konfransı keçirəcəklər.
Martın 15-də İrakli Qaribaşvili və Viktor Panta Gürcüstan və Rumıniya yığmaları arasında reqbi üzrə oyunu izləyəcəklər.
Həmçinin Rumıniyanın baş naziri Gürcüstan prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri David Usupaşvili və digər rəsmi şəxslərlə də görüş keçirəcək.
Səfər zamanı Viktor Panta Tbilisi və Msxetanın görməli yerlərini zayarət edəcək.