...

Luqanskda danışıqlardan sonra daha 50 nəfər UTX-nın binasını tərk ediblər

Dünya xəbərləri Materials 9 Aprel 2014 09:00 (UTC +04:00)
Danışıqlardan sonra fəallar tərəfindən nəzarətə götürülən Luqanskdakı Ukrayna Təhlükəsizlik Xidməti (UTX) İdarəsinin binasını daha 50 nəfər tərk ediblər.
Luqanskda danışıqlardan sonra daha 50 nəfər UTX-nın binasını tərk ediblər

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Danışıqlardan sonra fəallar tərəfindən nəzarətə götürülən Luqanskdakı Ukrayna Təhlükəsizlik Xidməti (UTX) İdarəsinin binasını daha 50 nəfər tərk ediblər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə UTX çərşənbə gününə keçən gecə bildirib.

Xidmətin məlumatına görə, xəsarət alan olmayıb.

Çərşənbə gününə keçən gecə yerli KİV-lər Ukrayna Kommunist Partiyası fraksiyasının xalq deputatı Spiridon Kilinkarova istinadən bildiriblər ki, Luqanskdakı UTX İdarəsinin binasında olan fəalların ikisi hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaq üçün nümayəndə kimi göndəriliblər.

Xəbər lenti

Xəbər lenti