...

Avropa İttifaqı Rusiyaya münasibətdə yeni sanksiya siyahısını dərc edib

Dünya xəbərləri Materials 29 Aprel 2014 13:35 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) rəsmi jurnalı on rusiyalının və Ukraynanın cənub-şərqindəki beş müqavimət nümayəndəsinin soyadlarını dərc edib.
Avropa İttifaqı Rusiyaya münasibətdə yeni sanksiya siyahısını dərc edib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Avropa İttifaqının (Aİ) rəsmi jurnalı on rusiyalının və Ukraynanın cənub-şərqindəki beş müqavimət nümayəndəsinin soyadlarını dərc edib. Onlara qarşı Aİ-nin ərazisinə girişin qadağan edilməsi və Aİ üzvü olan ölkələrdəki aktivlərin (əgər varsa) dondurulması şəklində qadağa tətbiq edilib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

Siyahıda adları olan şəxslərdən bəziləri bunlardır: Baş nazirin müavini Dmitri Kozak, Krımda prezidentin daimi nümayəndəsi Oleq Belavensev, Dövlət Dumasının vitse-spikeri Lyudmila Şvetsov, Rusiya Federasiyası SQ-nin Baş Qərargah rəisi Valeri Gerasimov, Baş Qərargah BKİ-nin rəhbəri İqor Serqun, Dövlət Duması sədrinin müavini Serqey Neverov, Krım işləri üzrə nazir Oleq Savelyev, Sevastopolun qubernatoru Serqey Menyaylo, Krım icra hakimiyyətindən senator Olqa Kovitidi, BKİ-nin əməkdaşı İqor Strelkov.

Dərc edilmiş siyahı çərşənbə axşamından qüvvəyə minir. Aİ-nin "qara siyahı"sının iştirakçılarının ümumi sayı 48 nəfərə çatıb. Onların hamısına noyabradək Aİ ölkələrinə giriş qadağan olunub, onların Avropa banklarında aşkar olunacağı halda bank hesabları dondurulаcaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti