...

İranda 40 maşın bir-birinə girdi: 39 yaralı

Dünya xəbərləri Materials 24 Dekabr 2014 15:10 (UTC +04:00)
İranda Qəzvin-Kərəc avtomobil magistralında zəncirvari qəza baş verib.
İranda 40 maşın bir-birinə girdi: 39 yaralı

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranda Qəzvin-Kərəc avtomobil magistralında zəncirvari yol qəzası baş verib.

Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı zədələnən 40 avtomobildə 130 sərnişin olub ki, onlardan 39 nəfəri yaralanıb.

Xəsarət alanlardan 24 nəfər xəstəxanaya yerləşdirilib, 15 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.

Qeyd edək ki, hadisə ötən gecə baş verib, lakin xəbər bu gün yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti