...

Rusiyanın Dubaydakı Baş konsulluğu qəzaya uğramış təyyarənin heyət üzvlərinin vətəndaşlıqlarını dəqiqləşdirib

Dünya xəbərləri Materials 19 Mart 2016 11:45 (UTC +04:00)
Rusiyanın Dubaydakı Baş konsulluğu Rostov-na-Donuda qəzaya uğramış "Boeing 737-800" sərnişin təyyarəsinin bütün 7 heyət üzvünün vətəndaşlıqlarını dəqiqləşdirib.
Rusiyanın Dubaydakı Baş konsulluğu qəzaya uğramış təyyarənin heyət üzvlərinin vətəndaşlıqlarını dəqiqləşdirib

Bakı. Trend:

Rusiyanın Dubaydakı Baş konsulluğu Rostov-na-Donuda qəzaya uğramış "Boeing 737-800" sərnişin təyyarəsinin bütün 7 heyət üzvünün vətəndaşlıqlarını dəqiqləşdirib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

7 heyət üzvünün ikisi İspaniya, biri Rusiya, biri Qırğızıstan, biri Kipr, bir Seyşel və biri Kolumbiya vətəndaşıdır.

Qeyd edək ki, Dubaydan uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün Rostov-na-Donuda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 55 sərnişin və 7 heyət üzvü olmaqla 62 nəfər olub. Onların hamısı ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti