...

Torontoda iki təyyarə toqquşdu

Dünya xəbərləri Materials 5 Yanvar 2017 09:40 (UTC +04:00)
Kanadanın Toronto şəhəri yaxınlığında yerləşən Pirson beynəlxalq aeroportunda iki təyyarə toqquşub.
Torontoda iki təyyarə toqquşdu

Bakı. Trend:

Kanadanın Toronto şəhəri yaxınlığında yerləşən Pirson beynəlxalq aeroportunda iki təyyarə toqquşub. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Qəza "Pakistan International Airlines" və "Air France" avişirkətinə məxsus təyyarlərin toqquşması nəticəsində baş verib. Pakistan təyyarəsi meydançada manevr edən zaman qanadı ilə Fransaya məxsus təyyarə ilə toqquşub.

Məlumatda deyilir ki, qəzaya görə təyyarələrin sərnişinləri bir neçə saat hava limanının terminalında gözləməli olublar, bu səbəbdən uçiş ləngiyib.

Xəbər lenti

Xəbər lenti